250 ildən çox yaşı olan iki ‘Qurani-Kərim’ nüsxəsi  - Salyanda (FOTO)

250 ildən çox yaşı olan iki ‘Qurani-Kərim’ nüsxəsi - Salyanda (FOTO)

Salyan Şəhər Mərkəzi Kitabxanasında 250 ildən artıq yaşı olan iki "Qurani-Kərim" kitabı saxlanır. 
 
Maide.Az “azərtac”a istinadla xəbər verir ki, Nizami Gəncəvi adına Salyan Şəhər Mərkəzi Kitabxanasının mübadilə şöbəsində qorunan 114 adda “Kitab abidələr”in bir əsrdən çox yaşı var ki, bunlardan 69-u lüğət tərkibli, 15-i söz birləşmələri haqda ensiklopedik lüğət, 6-sı isə yer planetindən bəhs edən ensiklopediyadır. Qalanları isə “Qurani-Kərim”-in nümunələridir.
 
Burada saxlanılan hər iki "Qurani-Kərim" kitabı Şeyx Əhməd Salyaniyə məxsusdur. Hər iki Quran xəttatlar tərəfindən əllə yazılıb. Deyilənlərə görə, Şeyx Əhməd Salyani təxminən 1865-ci illərdə bu kitablardan istifadə edib. Şeyxdən yadigar qalan bu kitabları 1937-ci il repressiya qurbanı olan Salyanın nüfuzlu din xadimi Mirbağırağa Ağazadə kimsənin əlinə keçməsin deyə torpağa basdırıb. Bir neçə il bundan əvvəl qazıntı zamanı həmin kitablar aşkar edilib və şəxsi evlərdə saxlanılıb. Həmin kitablar 2017-ci ildə şəhərdəki mərkəzi kitabxanaya hədiyyə edilib.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru