Bakıda Azərbaycan və İraq arasında Birgə Komissiyanın II iclası keçirilib

Bakıda Azərbaycan və İraq arasında Birgə Komissiyanın II iclası keçirilib

Bu gün Bakıda Azərbaycan və İraq arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın II iclası keçirilib.

 
Maide.Az  xəbər verir ki, iclasda komissiyanın İraqdan olan həmsədri, bu ölkənin rabitə naziri Arkan Al-Şeybanin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
 
Komissiyanın Azərbaycandan olan həmsədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev qonaqları salamlayaraq bildirib ki, Azərbaycan və İraq sıx tarixi, dini və mədəni əlaqələrə malik dost ölkələrdir. O, diqqətə çatdırıb ki, gələn il Azərbaycanla İraq arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd ediləcək.
 
Daha sonra nazir Azərbaycanda nəqliyyat, rabitə və rəqəmsal transformasiya sahələrində görülən və planlaşdırılan işlər, eləcə də ölkəmizin makroiqtisadi göstəricilərini diqqətə çatdırıb. ​ İclasda ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artırılması üçün güclü potensialın olduğu vurğulanıb. Ticarət, iqtisadiyyat, qarşılıqlı investisiyalar, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb. ​
 
İclasın sonunda Protokol imzalanıb. Sənədə R.Nəbiyev və Arkan Al -Şeybani imza atıb.
 
Xatırladaq ki, Birgə Komissiya 10 noyabr 2010-cu ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb. Komissiyanın ilk iclası 4 dekabr 2013-cü ildə Bakıda keçirilib.
 

Google+ WhatsApp ok.ru