Əfqanıstanlı rəsmi: ABŞ Əfqanıstanı  Talibanla mübarizədə tək qoydu

Əfqanıstanlı rəsmi: ABŞ Əfqanıstanı Talibanla mübarizədə tək qoydu

Dünya Əfqanıstandan üz döndərib və ABŞ da  Əfqanlıları  Talibanla mübarizədə  tək qoyub.
  
Maide.Az xəbər verir  ki, bunu Qətərdə Əfqanıstanda sülh müzakirələrində iştirak edən nümayəndə heyətinin üzvi  Fatimə Cilani  deyib. 
 
O qeyd edib ki, bu müharibə 43 ildir ki, davam edir.  “Ölkə davamlı olaraq od içindədir.  Əfqanıstan yalnız son illər sülhün qoxusunu duymuşdu lakin hazırda müharibə odu yenidən  alovlanıb”.
 
Xanım F.Cilani deyib ki,  bizim üçün ABŞ-ın nə düşündüyü önəmli deyil, bizim üçün önəmli olan Əfqanıstan xalqının nə düşündüyüdür.  “Bizim ölkədə sülhün təmini üçün siyasi həl  yoluna ehtiyacımız var."
 
Qeyd edək ki,  cümə axşamı günü Qətərdə ABŞ, Rusiya və Çinin , eləcədə Əfqanıstandakı münaqişə tərəflərinin iştirakı ilə Əfqanıstanda sülh məsələsi müzakirə olunub. Danışıqlarda Əfqanıstanda sülhün təmini üçün təcili tədbirlər görülməsinin zərurəti vurğulanıb. 
 
 

Google+ WhatsApp ok.ru