28 avqustda gözlənilən hava şəraiti açıqlanıb

28 avqustda gözlənilən hava şəraiti açıqlanıb

28 avqustda gözlənilən hava şəraiti açıqlanıb. 
 
Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, 28 avqustda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman müşahidə olunacaq, gündüz cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-21,  gündüz  29-32,   Bakıda  gecə 19-21, gündüz  29-31 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.   
 
Abşeron çimərliklərində gündüz cənub-şərq küləyi  əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.
 
28 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi  gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz  17-22 dərəcə  isti olacaq.   
 
Tibbi-meteoroloji proqnoz
 
Avqustun 28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən  əlverişlidir.
 

Google+ WhatsApp ok.ru