3-cü İmamdan 3 hədis

3-cü İmamdan 3 hədis

Əgər insan Allahın razılığını qazanmaq, Allah bəyənən tərzdə yaşamaq, başqa sözlə, səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları və kəlamlarını özünə örnək bilməli və onları öz həyatında gerçəkləşdirməlidir. Bəşəriyyətə hərtərəfli örnək və nümunə olan həmin insanlardan biri də şəhidlər sərvəri İmam Hüseyndir (ə).

Bu gün – Şəban ayının 3-ü (28 Mart) o Həzrətin doğum günüdür. Elə bu münasibətlə Əhli-beyt (ə) ardıcıllarını təbrik edirik və bu fürsətdən istifadə edərək, o Həzrətdən nəql olunan dəyərli kəlamlardan üçünü diqqətinizə çatdırırıq. Ümid edirik ki, Əhli-beytin (ə) kəlam və göstərişlərinə əməl etməklə həyatımızın uğur və müvəffəqiyyətini günbəgün daha da artıracağıq!

1. Borclarını ödəməyənlər oxuyun...

Musa ibn Ümeyr atasından nəql edir ki, İmam Hüseyn (ə) Aşura günü mənə belə buyurdu:


نادِ أَنْ لا يُقْتَلَ مَعي رَجُلٌ عَلَيْهِ دَيْنٌ وَ نَادِ بِها فِي الْمَوالي فَإِنّي سَمِعْتُ رَسُولَ اللّهِ(صلى الله عليه وآله) يَقُولُ: مَنْ ماتَ وَ عَلَيْهِ دَيْنٌ أُخِذَ مِنْ حَسَناتِهِ يَوْمَ الْقِيامَةِ


“(Bütün dostlarıma) elan et ki, kimin borcu varsa, mənimlə ölümə getməsin, çünki mən Allah Rəsulundan (s) eşitmişəm ki, buyurub: “Kim dünyadan borcu olan halda getsə, Qiyamət günü onun yaxşılıqlarından götürüləcək.” (“İhqaqul-həqq”, c.19, səh.429.)

2. Neməti nikbətə çevirməyin...

İmam Hüseyn (ə) buyurmuşdur:


اِعْلَمُوا أَنَّ حَوَائِجَ اَلنَّاسِ إِلَيْكُمْ مِنْ نِعَمِ اَللَّهِ عَلَيْكُمْ فَلاَ تَمَلُّوا اَلنِّعَمَ فَتَتَحَوَّلَ إِلَى غَيْرِكُمْ (فَتَحُورَ نِقَماً)

“Bilin ki, insanların sizə olan ehtiyacları Allahın nemətlərindəndir. Bu nemətlərə görə bezgin olmayın, yoxsa, sizdən başqasına veriləcək (bədbəxtçiliyə çevriləcək).”

(“Biharul-ənvar”, c.74, səh.205.)

3. Çalışın ki, belələri sizi tanımasın...


İmam Hüseyn (ə) buyurmuşdur:


إِذَا سَمِعْتَ أَحَداً يَتَنَاوَلُ أَعْرَاضَ النَّاسِ، فَاجْتَهِدْ أَنْ لَا يَعْرِفَكَ

“Əgər bir şəxsin insanların abır-həyasını aparmaqla məşğul olduğunu eşitdinsə, çalış ki, həmin şəxs səni tanımasın.” (“Biharul-ənvar”, c.74, səh.198.)

Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru