3 ildir komada olan futbolçu ayıldı

3 ildir komada olan futbolçu ayıldı

2 il 8 aydır ki komada olan “Ayaks”ın futbolçusu Abdelhak Nuri ayılıb.
 
Maide.Az "yenisabah.az"a istinadla  xəbər verir ki, bu barədə 22 yaşlı yarımmüdafiəçinin qardaşı açıqlama verib.
 
O bildirib ki, niderlandlı oyunçu yataqdan qalxa bilməsə də, özünə gəlib:
 
“Qardaşim artıq komada deyil, ayılıb.
 
O asqırır, qaşları ilə bizə bəzi işarələr edir və yemək yeyir. Ancaq hələ ki, yataqdan qalxa bilmir” . 
 
Qeyd edək ki, 2017-ci ilin iyulunda “Verder”lə yoxlama oyununda futbolçunun ürəyi tutub.
 
Gənc oyunçu helikopterlə xəstəxanaya aparılıb. Onun beynində ciddi problem olduğu aşkarlanıb. Nəticədə o, komaya düşüb.
 

Google+ WhatsApp ok.ru