40 min fələstinlinin iştirakı ilə Məscid-ül Əqsada cümə namazı qılınıb

Sionist rejimə beynəlxalq təzyiqlərin nəticəsində,  5 il sonra bu həftə Məscid-ül Əqsada cümə namazı 40 min nəfərə yaxın fələstinlinin iştirakı ilə qılınıb. 
Maide.az-ın məlumatına görə, namazqılanlar cümə gününün ilk saatlarında Məscid-ül Əqsanın  həyətinə toplaşaraq, özlərini cümə namazı qılmağa hazırlayıblar.
Son beş ildə ilk dəfədir ki, sionist rejim bəzi məhdudiyyətləri nəzərə almadan fələstinlilərə azadcasına Məcsiduləqsaya daxil olmaq icazə verir.
Sionist rejim bundan öncəyədək namazqılan üçün xüsusi ilə 50 yaşından aşağı kişilər üçün sərt məhdudiyyətlər tətbiq edirdi.
Məcsiduləqsanın ərazisi cümə günü qocalı-cavanlı namazqılanlarla dolu idi və ailələrin bir çoxu öz uşaqları ilə məscidə gəlmişdi.//
 

 

Google+ WhatsApp ok.ru