5-ci İmamdan 5 hədis – 2

5-ci İmamdan 5 hədis – 2

1. Günahın təsiri:

İmam Baqir (ə) buyurmuşdur:

مَا مِنْ عَبْدٍ إِلَّا وَ فِي قَلْبِهِ نُكْتَةٌ بَيْضَاءُ فَإِذَا أَذْنَبَ ذَنْباً خَرَجَ فِي النُّكْتَةِ نُكْتَةٌ سَوْدَاءُ فَإِنْ تَابَ ذَهَبَ ذَلِكَ السَّوَادُ وَ إِنْ تَمَادَى فِي الذُّنُوبِ زَادَ ذَلِكَ السَّوَادُ حَتَّى يُغَطِّيَ الْبَيَاضَ فَإِذَا غَطَّى الْبَيَاضَ لَمْ يَرْجِعْ صَاحِبُهُ إِلَى خَيْرٍ أَبَداً وَ هُوَ قَوْلُ اللَّهِ عَزَّ وَ جَلَّ- كَلَّا بَلْ رانَ عَلى‏ قُلُوبِهِمْ ما كانُوا يَكْسِبُونَ‏

“Elə bir bəndə yoxdur ki, onun qəlbində ağ bir nöqtə olmasın. O, günah etdikdə, onun qəlbində qara xal yaranar, əgər tövbə etsə, xal məhv olub gedər, yox, əgər həmin şəxs günahlarına davam etsə, o xal artıb çoxalmağa başlayar və bu minvalla, onun qəlbindəki ağ nöqtəni qara örtük bürüyər ki, bundan sonra həmin şəxs heç vaxt xeyrə (doğru yola) qayıtmaz. Necə ki, Allah-Taala (“Mutəffifin/14) buyurur: Əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır.(“Üsuli-kafi” (tərc.), c.3, səh.373.)

 

2. Qurtuluş yolu:

İmam Baqir (ə) Füzeylə belə buyurmuşdur:

بَلِّغ مَن لَقيتَ مِن مُوالينا عَنَّا السَّلامَ، وقُل لَهُم: إنّي لا اُغني عَنكُم مِنَ اللّهِ شَيئًا إلاّ بِوَرَعٍ، فَاحفَظوا ألسِنَتَكُم وكُفّوا أيدِيَكُم، وعَلَيكُم بِالصَّبرِ وَالصَّلاةِ، إنَّ اللّهَ مَعَ الصّابِرينَ

“Bizim dostlarımızı gördüyün zaman onlara salamımızı çatdırıb de ki, Allah dərgahında təqvadan başqa qurtuluş yolu yoxdur və ondan başqa sizin üçün bir şeyə qadir deyiləm. Odur ki, dillərinizi qoruyub, əllərinizi (günahdan) saxlayın. Sizə səbir və namazı tövsiyə edirəm. Əlbəttə, Allah səbir edənlərlədir.” (“Dəaimul-İslam”, 1-ci cild, səh.133.)

 

3. İslamın beş əsası:

İmam Baqir (ə) buyurmuşdur:

بُنِيَ الإِسلامُ عَلى خَمسٍ: عَلَى الصَّلاةِ وَالزَّكاةِ وَالصَّومِ وَالحَجِّ وَالوَلايَةِ، ولَم يُنادَ بِشَيءٍ كَما نودِيَ بِالوَلايَةِ.

“İslam beş şeyin üzərində qurulub: namaz, zəkat, oruc, həcc və vilayət. Heç bir şey haqda vilayət qədər tövsiyə edilməmişdir.” (“Əl-kafi”, c.2, səh.18, hədis 3 və 1.)

 

4. Cümə axşamının fəziləti:

İmam Baqir (ə) buyurmuşdur:

اِنَّ اللّه َ تَعالى لَیُنادى کُلَّ لَیْلَةِ جُمُعَةٍ مِنْ فَوْقِ عَرْشِهِ مِنْ اَوَّلِ اللَّیلِ اِلى آخِرِهِ: اَلا عَبْدٌ مُؤمِنٌ یَدْعونى لاِخِرَتِهِ وَ دُنْیاهُ قَبْلَ طُلوعِ الْفَجْرِ لاُجیبَهُ ؟ اَلا عَبْدٌ مُؤمِنٌ یَتوبُ اِلَىَّ مِنْ ذُنوبِهِ قَبْلَ طُلوعِ الفَجرِ فَاَتوبَ عَلَیْهِ؟ اَلا عَبدٌ مُؤمِنٌ قَد قَـتَّرتُ عَلَیهِ رِزقَهُ فَيَسْأَلُنِي الزِّیادَةَ فى رِزقِهِ قَبلَ طُلوعِ الفَجرِ فَاَزیدَهُ وَ اُوَسِّعَ عَلَیهِ؟ اَلا عَبدٌ مُؤمِنٌ سَقیمٌ يَسْأَلُنِي اَن اَشفیَهُ قَبلَ طُلوعِ الفَجرِ فاُعافیَهُ؟ اَلا عَبدٌ مُؤمِنٌ مَحبوسٌ مَغمومٌ یَساَلُنى اَن اُطلِقَهُ مِن حَبسِهِ وَ اُخَلِّىَ سَربَهُ؟ اَلا عَبْدٌ مُؤمِنٌ مَظلومٌ يَسْأَلُنِي اَن آخُذَ لَهُ بِظُلامَتِهِ قَبلَ طُلوعِ الفَجرِ فَاَ نْتَصِرَ لَهُ وَ آخُذَ لَهُ بِظُلامَتِهِ؟ قالَ علیه السلام : فَلا یَزالُ یُنادى بِهذا حَتّى یَطلُعَ الفَجرُ

“Allah-Taala hər cümə axşamı ərşin fövqündən gecənin əvvəlindən sonunadək belə nida edər: “Sübh açılmamışdan qabaq bir mömin bəndə Məni çağıracaqmı ki, dünya və axirəti üçün duasını yerinə yetirim? Sübh açılmamışdan qabaq bir mömin bəndə günahdan tövbə edəcəkmi ki, onun tövbəsini qəbul edim? Sübh açılmamışdan qabaq bir mömin bəndə ruzi istəyəcəkmi ki, onun ruzisini artırım və genişləndirim? Sübh açılmamışdan qabaq bir xəstə mömin istəyəcəkmi ki, ona şəfa verim? Görəsən bir məhbus mömin sübh açılmamışdan qabaq dua edəcəkmi ki, onu həbsdən qurtarım? Görəsən zülmə məruz qalmış bir mömin sübh açılmamışdan qabaq Məni çağıracaqmı ki, zalımdan intiqam alıb, ona yardım edim və haqqını qaytarım?” İmam Baqir (ə) sözünə belə davam edir: “Bəli, bu nida sübh açılanadək davam edər.” (“Təhzibul-əhkam”, c.3, səh.5.)

 

5. Hansı iş üstündür?:

Bir şəxs İmam Baqirə (ə) dedi:

إِنِّي ضَعِيفُ اَلْعَمَلِ قَلِيلُ اَلصِّيَامِ وَ لَكِنِّي أَرْجُو أَنْ لاَ آكُلَ إِلاَّ حَلاَلاً

“Əməlim zəif, orucum isə azdır. Amma ümid edirəm ki, yediyim yalnız halaldır.”

Həzrət (ə) buyurdu:

أَيُّ اَلاِجْتِهَادِ أَفْضَلُ مِنْ عِفَّةِ بَطْنٍ وَ فَرْجٍ

“Hansı iş qarını və şəhvəti iffətli saxlamaqdan (haramdan qorumaqdan) üstündür?!” (“Əl-kafi”, c.2, səh.79.)

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru