5-ci İmamdan 5 hədis–3

5-ci İmamdan 5 hədis–3

Əgər insan Allahın razılığını qazanmaq, Allah bəyənən tərzdə yaşamaq, başqa sözlə, səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları və kəlamlarını özünə örnək bilməli və onları öz həyatında gerçəkləşdirməlidir. Bəşəriyyətə hərtərəfli örnək və nümunə olan həmin insanlardan biri də imamət və vilayət səmasının 5-ci ulduzu İmam Muhəmməd Baqirdir (ə). Bu gün – Zil-hiccə ayının 7-ci günü (28 İyul) o Həzrətin şəhadət günüdür. Elə bu münasibətlə Əhli-beyt (ə) dostlarına başsağlığı verir və o Həzrətdən nəql olunan dəyərli hədislərdən 5-ni əziz oxucularımızın diqqətinə çatdırırıq:

1.Zalım soltan və şeytanın kökünü kəsən əməl

İmam Baqir (ə) buyumuşdur:

وَ عَلَيْكُمْ بِالْحُبِّ فِي اَللَّهِ وَ اَلتَّوَدُّدِ وَ اَلْمُوَازَرَةِ عَلَى اَلْعَمَلِ اَلصَّالِحِ فَإِنَّهُ يَقْطَعُ دَابِرَهُمَا يَعْنِي اَلسُّلْطَانَ وَ اَلشَّيْطَانَ وَ أَلِحُّوا فِي اَلاِسْتِغْفَارِ فَإِنَّهُ مَمْحَاةٌ لِلذُّنُوبِ

“Sizə Allah yolunda sevgini, yaxşı əmələ məhəbbət göstərməyi və həmkarlıq etməyi tövsiyə edirəm; çünki bu iş zalım soltanla şeytanın kökünü kəsir. Günahlarınızın bağışlanmasında israrlı olun; çünki bu, günahları məhv edir.” (“Tuhəful-uqul”, səh.292.)

2. Mömin dağdan da möhkəmdir....

İmam Baqir (ə) buyumuşdur:

اَلمُؤمِنُ اَصلَبُ مِنَ الجَبَلِ تُستَقَلُّ مِنهُ، وَ المُؤمِنُ لایُستَقَلُّ مِن دینِه شَیءُ

“Mömin dağdan da möhkəmdir. Çünki dağ azalır, möminin dinindən isə bir şey azalmır.” (“Biharul-ənvar”, c.67, səh.304.)

3. Qurtuluş yolu

İmam Baqir (ə) Füzeylə belə buyurmuşdur:

بَلِّغ مَن لَقيتَ مِن مُوالينا عَنَّا السَّلامَ، وقُل لَهُم: إنّي لا اُغني عَنكُم مِنَ اللّهِ شَيئًا إلاّ بِوَرَعٍ، فَاحفَظوا ألسِنَتَكُم وكُفّوا أيدِيَكُم، وعَلَيكُم بِالصَّبرِ وَالصَّلاةِ، إنَّ اللّهَ مَعَ الصّابِرينَ

“Bizim dostlarımızı gördüyün zaman onlara salamımızı çatdırıb de ki, Allah dərgahında təqvadan başqa qurtuluş yolu yoxdur (və ondan başqa sizin üçün bir şeyə qadir deyiləm). Odur ki, dillərinizi qoruyub, əllərinizi (günahdan) saxlayın. Sizə səbir və namazı tövsiyə edirəm. Əlbəttə, Allah səbir edənlərlədir.” (“Dəaimul-İslam”, c.1, səh.133.)

4. Möminlərin ən kamili

İmam Baqir (ə) buyumuşdur:

إِنَّ أَكْمَلَ الْمُؤْمِنِينَ إِيمَاناً أَحْسَنُهُمْ خُلُقاً

“Möminlərin imаn baxımından әn kаmili әхlаqı gözәl оlаndır.” (“Üsuli-kаfi”, c.3, sәh.153.)

5. Namaz – Qiyamətdə ilk sual

İmam Baqir (ə) buyumuşdur:

اِنَّ اَوَّلَ ما یُحاسَبُ عَلَیهِ العَبدُ الصَّلاةُ فَاِن قُبِلَت قُبِلَ ما سِواها

“Həqiqətən, bəndənin (Qiyamətdə) hesab verdiyi ilk əməl namazdır. Əgər namaz qəbul olunarsa, digər əməllər də qəbul olunar.” (“Uyunu əxbarir-Riza”, c.83, səh.25.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru