5-Qurani-Kərimdə bərəkətlər

5-Qurani-Kərimdə bərəkətlər

QURANİ-KƏRİMDƏN NÖQTƏLƏR

Qurani-Kərimdə bəzi nümunələr “bərəkət” və “mübarək” ifadəsi ilə vəsf olunur ki, onlar aşağıdakılardan ibarətdir:

1. Allah-Taalanın zatı:

اللَّهُ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ قَرَارًا وَالسَّمَاء بِنَاء وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ وَرَزَقَكُم مِّنَ الطَّيِّبَاتِ ذَلِكُمُ اللَّهُ رَبُّكُمْ فَتَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ

“Allah yeri sizin üçün yaşayış yeri və göyü (müxtəlif bərəkətləri sizə nazil olsun deyə başınızın üzərində) bina edən, sizi şəkillərə salan və surətlərinizi gözəl edən və sizə (var-dövlət, övlad və həyat yoldaşı kimi maddi və ağıl, elm və din kimi mənəvi) paklardan ruzi verəndir. Sizin Rəbbiniz bu Allahdır. Buna görə də aləmlərin Rəbbi olan Allah bərəkətlidir.” (“Mumin (Ğafir)”, 64.)

2. Məkkə şəhəri:

إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِّلْعَالَمِينَ

“Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət və aləmdəkilər üçün hidayət vasitəsidir.” (“Ali-İmran”, 96.)

3. Məscidül-Əqsanın (Beytül-Müqəddəsin) ətrafı:

سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلاً مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ

“Öz bəndəsini (Muhəmmədi (s)) (tovhid, qüdrət və hikmətimizdən) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah (hər bir eyibdən) pak və nöqsansızdır...” (“İsra”, 1.)

4. Yağış suyu:

وَنَزَّلْنَا مِنَ السَّمَاء مَاء مُّبَارَكًا

“Göydən (yağış, qar və dolu şəklində) xeyir-bərəkət dolu su endirdik.” (“Qaf”, 9.)

5. Qurani-Kərim:

وَهَـذَا كِتَابٌ أَنزَلْنَاهُ مُبَارَكٌ مُّصَدِّقُ الَّذِي بَيْنَ يَدَيْهِ

“Bu, Bizim nazil etdiyimiz mübarək, özündən əvvəlkiləri (peyğəmbərləri və səma kitablarını) təsdiq edən bir kitabdır...” (“Ənam”, 92.)

6. Həzrət İsa (ə):

وَجَعَلَنِي مُبَارَكًا أَيْنَ مَا كُنتُ

“Məni harada olsam bərəkətli bir vücud edib.” (“Məryəm”, 31.)

7. Ağac (Zeytun ağacı):

اللَّهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِن شَجَرَةٍ مُّبَارَكَةٍ زَيْتُونِةٍ لَّا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ

“Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nurunun (din və kitabının) məsəli içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur. O çıraq (məkan baxımından) nə (günəşin əsr çağı saçdığı) şərqə, nə də (sübh çağı saçdığı) qərbə məxsus olmayan (əksinə günəşin həmişə saçdığı bir məkanda olan) bərəkətli bir zeytun ağacından (onun yağı ilə) yanır...” (“Nur”, 35.)

8. Allahın salamı:

فَإِذَا دَخَلْتُم بُيُوتًا فَسَلِّمُوا عَلَى أَنفُسِكُمْ تَحِيَّةً مِّنْ عِندِ اللَّهِ مُبَارَكَةً طَيِّبَةً

“...Evlərə daxil olan zaman özünüzə (qohum və dindaşlarınıza) salam – Allah tərəfindən olan bərəkətli və pak bir salam verin...” (“Nur”, 61.)

9. Gecə (Qədr gecəsi):

إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةٍ مُّبَارَكَةٍ

“Biz onu (bir yerdə) bərəkətli bir gecədə (Qədr gecəsində) nazil etdik...” (“Duxan”, 3.)

10. Yerin və göyün bərəkəti:

وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى آمَنُواْ وَاتَّقَواْ لَفَتَحْنَا عَلَيْهِم بَرَكَاتٍ مِّنَ السَّمَاء وَالأَرْضِ

“Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz, göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq...” (“Əraf”, 96.)

Maide.az (Maarif bölümü)

 

Öncəki yazını BURADAN oxuya bilərsiz.

 

Google+ WhatsApp ok.ru