8. İbn Ziyadın Yezidə məktubu 15 Sentyabr 2020 17:08 Məhərrəmlik Übeydullah ibn Ziyad Yezidə bir məktub yazaraq onu İmam Hüseyn (ə) və tərəfdarlarının şəhadətindən xəbərdar etdi. Yezid məktubun məzmunundan xəbərdar olduqdan sonra Übeydullahın məktubuna cavab yazıb ona İmam Hüseynin (ə) və tərəfdarlarının başlarını əsirlərlə birlikdə Şama yollaması ilə bağlı göstəriş verdi. İbn Ziyad da şəhidlərin başlarını çöhrələrini ətraf şəhər və nahiyələrin camaatının gördüyü halda əsirlərlə birlikdə kafir şəhərlərin əsirləri kimi Şama yola saldı. ("Məlhuf” (Lühuf), səh.208.) Şeyx Müfidin nəqlinə əsasən, əsirlər karvanını Kufədən yola saldıqları zaman, İbn Ziyad İmam Zeynəlabidinin (ə) əl-ayağına zəncir vurulmasına göstəriş verdi və onu bu şəkildə yola saldılar. ("İrşad", Müfid, səh. 477.) وَ أمَرَ بِعَلِىِّ بْنِ الْحُسَيْنِ عليه السلام فَغُلَّ بِغُلٍّ إِلى عُنُقِهِ Nəzərə çarpır ki, Əhli-beytin (ə) Kufə və Şam səfərindəki müsibətləri Kərbəlanın müsibətlərindən də ağır oldu. Belə ki, İmam Hüseynin (ə) qadınlarını üzləri açıq (niqabsız) və qeyri-münasib geyimdə kişilərin arasında aparır və Allah Rəsulunun övladları ilə kafir şəhərlərin əsirləri kimi rəftar edirdilər. Əgər bu hadisə Şeyx Müfid və Seyid ibn Tavus kimi şəxslərin mötəbər kitablarında qeyd olunmasaydı, ona inanmaq həddən artıq çətin olardı. Amma bu rəftarlar danılmaz bir həqiqətdir. Həmin alçaq, imansız və dünyapərəst insanlardan pak və məsum xanədana qarşı elə əzab-əziyyətlər baş verdi ki, onlara görə göylərin dağılmasının, fələyin çarxının dayanmasının, yerin dağılmasının, insanlar və cinlərin həmişəlik olaraq ağlar qalmasının yeri var idi. Bu, elə bir hadisə idi ki, hər bir vicdanlı insanın qəlbini titrədir və onu tükənməz bir qəm-kədərə düçar edirdi. Görəsən, müsəlman camaatın bu səhnələrə şahid olduğu halda, sakit qalmasına inanmaq olarmı? Bu səhnələri gördükləri halda, kufəlilər necə rahat yata bildilər?! Necə asudəliklə yaşayıb gülə bildilər?! Onların tarix boyu başlarını aşağı salmaları və hətta bir-birinin üzünə baxmamasının yeri var. Uf, bu imansız və vəfasız camaatın əlindən! (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.587-588.) Maide.az – Maarif bölümü Teqlər : #İbn,#Ziyadın,#Yezidə,#məktubu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 7. Bu dodaqları Allah Rəsulu (s) öpürdü! 9. Yol əsnasındakı mənzil və dayanacaqlar Məhərrəmlik Kərbəla şəhidləri - İki qardaş Səd ibn Haris və Əbülhütuf ibn Haris Kərbəla şəhidləri - Əbu Səmamə Saidi (Seydavi) Kərbəla şəhidləri - Əmr ibn Cünadə Kərbəla şəhidləri - Cünadə ibn Kəb ibn Hərs (Haris) Ənsari Kərbəla şəhidləri - Büreyr ibn Xüzeyr Həmdani Kərbəla caniləri - Ömər ibn Səd Kərbəla caniləri - Übeydullah ibn Ziyad Kərbəla şəhidləri - Həccac ibn Məsruq Kərbəla şəhidləri -Əmr ibn Qərəzə ibn Kəb Ənsari Kərbəla şəhidləri - Abis ibn Əbu Şəbib Kərbəla caniləri - Mərvan ibn Həkəm ibn As Kərbəla şəhidləri - Hürr ibn Yezid Riyahi Kərbəla şəhidləri - Cəfər ibn Əqil Kərbəla şəhidləri - Əbdürrəhman ibn Əqil Kərbəla şəhidləri - Müslim ibn Əqilin oğlu Abdullah Kərbəla şəhidləri - Hənzələ ibn Əsəd Şəbami Kərbəla şəhidləri - Yezid ibn Sübeyt Qeysi Kərbəla caniləri - Yezid ibn Müaviyə Kərbəla şəhidləri - Məhəmməd ibn Abdullah ibn Cəfər Təyyar Kərbəla şəhidi – Ənəs ibn Haris Kahili İmam Hüseynə (ə) ağlamağın mükafatı İmam Hüseynə (ə) ağlamağın mükafatı Kərbəlanın son şəhidi – Süveyd ibn Əmr ibn Əbül-Müta Görüş şövqü Aşura gününün əməlləri Kərbəla şəhidi – Müslüm ibn Ovsəcə Məhərrəm ayının 9-cu günü Kərbəlada baş vermiş hadisələr Tasua gününün əməlləri Məhərrəm ayının 8-ci günü Kərbəlada baş vermiş hadisələr Kərbəla şəhidi – Nafe ibn Hilal Məhərrəm ayının 7-ci günü Kərbəlada baş vermiş hadisələr Kərbəla şəhidləri – Əbu Şəsai Kindi Kərbəla inqilabını fərqləndirən xüsusiyyətlər – 6. Aşura faciəsinin təsir gücü Məhərrəm ayının 6-cı günü Kərbəlada baş vermiş hadisələr Kərbəla şəhidləri: Kərbəlanın ətirli şəhidi – Covn Kərbəla inqilabını fərqləndirən xüsusiyyətlər – 4. Aşura qəhrəmanlarının zillətə boyun əyməməsi Kərbəla şəhidləri: Aşura karvanının yaşlı qəhrəmanı - Həbib ibn Məzahir Kərbəla inqilabını fərqləndirən xüsusiyyətlər – 3. İmam Hüseynin (ə) səhabələri Məhərrəm ayının 4-cü günü Kərbəlada baş vermiş hadisələr Kərbəla şəhidləri - Əsləm Türki Kərbəla inqilabını fərqləndirən xüsusiyyətlər – 2. Məsum İmamın öldürülməsi Məhərrəm ayının 3-cü günü Kərbəlada baş vermiş hadisələr