8-ci İmamdan 8 hədis-2

8-ci İmamdan 8 hədis-2

Əgər insan Allahın razılığını qazanmaq, Allah bəyənən tərzdə yaşamaq, başqa sözlə, səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları və kəlamlarını özünə örnək bilməli və onları öz həyatında gerçəkləşdirməlidir. Bəşəriyyətə hərtərəfli örnək və nümunə olan həmin insanlardan biri də İmam Rzadır (ə).

3 iyul  (Zil-qədə ayının 11-i) imamət səmasının 8-ci ulduzu, günəşlər günəşi İmam Rzanın (ə) mövlududur. Elə bu münasibətlə Əhli-beyt (ə) dostlarını təbrik edir və o Həzrətdən nəql olunan səkkiz dəyərli kəlamı əziz oxucularımıza təqdim edirik:

 

1. Böyük zikr

İmam Rza (ə) buyurmuşdur:

بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ - أَقْرَبُ إِلَى اسْمِ اللَّهِ الْأَعْظَمِ مِنْ سَوَادِ الْعَيْنِ إِلَى بَيَاضِهَا

Bismilləhir-rəhmənir-rəhim “ismi-əzəmə” (Allahın böyük adlarına) gözün qarasının ağına yaxınlığından daha yaxındır.” (“Ət-təhzib”, c.2, səh.289.)

2. Allahın qalası

İmam Rza (ə) öz ata-babalarından, onlar da Peyğəmbəri-Əkrəmdən (s) nəql edirlər ki, Allah-Taala belə buyurub:

لا إِلَهَ إِلا اللَّهُ حِصْنِي، فَمَنْ دَخَلَ حِصْنِي أَمِنَ مِن عَذَابِي

““Lə iləhə illəllah” Mənim qalamdır. Elə isə Mənim qalama daxil olan kəs əzabımdan amanda qalacaqdır.” (“Biharul-ənvar”, c.3, сәһ.5.)

3. Əhli-beytin (ə) göstərişlərini necə dirçəltmək olar?

Əbdüssalam ibn Saleh Hərəvi belə nəql edir:

سَمِعتُ أبَا الحَسَنِ الرِّضا (ع) يَقولُ: رَحِمَ اللّهُ عَبدًا أحيا أمرَنا. فَقُلتُ لَهُ: وكَيفَ يُحِيي أمرَكُم؟ قالَ: يَتَعَلَّمُ عُلومَنا ويُعَلِّمُهَا النّاسَ، فَإِنَّ النّاس لَو عَلِموا مَحاسِنَ كَلامِنا لاَتَّبَعونا

Mən İmam Rzanın (ə) “Allah bizim əmrimizi dirçəldən bəndəyə rəhm etsin!” – buyruğunu eşitdikdə, “Əmrinizi necə dirçəltməlidir?” – deyə soruşdum. Həzrət buyurdu: “Bizim təlimlərimizi öyrənib xalqa da öyrətməlidir. Əgər xalq sözlərimizin gözəlliklərini duysa, sözsüz, bizə tabe olar.” (“Üyunu əxbarir-Riza (ə)”, c.1, səh.307, hədis 69.)

4. Hər kəsin dostu və düşməni

İmam Rza (ə) buyurmuşdur:

صَدیقُ کُلِّ امْرِء عَقْلُهُ وَ عَدُوُّهُ جَهْلُهُ

“Hər kəsin dostu onun ağlı, düşməni isə nadanlığdır.” (“Əl-kаfi”, c.1, sәh.11.)

5. Peyğəmbərlərin silahı

İmam Rza (ə) buyurmuşdur:

عَلَيْكُمْ بِسِلَاحِ الْأَنْبِيَاءِ، فَقِيلَ: وَ مَا سِلَاحُ الْأَنْبِيَاءِ، قَالَ: الدُّعَاءُ

“Sizә pеyğәmbәrlәrin silаhını tövsiyә еdirәm.” Sоruşdulаr: “Pеyğәmbәrlәrin silаhı nәdir?” Buyurdu: “Duа!” (“Üsuli-kаfi”, c.2, sәh.468.)

6. Xoş belələrinin halına!...

İmam Rza (ə) buyurmuşdur:

طُوبَى لِمَنْ أَخْلَصَ لِلَّهِ الْعِبَادَةَ وَ الدُّعَاءَ وَ لَمْ يَشْغَلْ قَلْبَهُ بِمَا تَرَى عَيْنَاهُ وَ لَمْ يَنْسَ ذِكْرَ اللَّهِ بِمَا تَسْمَعُ أُذُنَاهُ وَ لَمْ يَحْزُنْ صَدْرَهُ بِمَا أُعْطِيَ غَيْرُهُ

“Хоş о kəsin hаlınа ki, ibаdәt vә duаsını Аllаhа görә xalisləşdirə, gözləri ilə gördükləri qəlbini mәşğul еtmәyә, qulaqları ilə eşitdiklәri Allah zikrini ona unutdurmaya vә başqalarına əta olunanlara görə qəlbində qəmgin olmaya!” (“Üsuli-kаfi”, c.3, sәh.26.)

7. Təvəkkülün həqiqəti

سُئِلَ الرِّضا(علیه السلام): عَنْ حَدِّ التَّوَکُّلِّ؟ فَقالَ (علیه السلام): أَنْ لا تَخافَ أحَدًا إِلاَّاللّهَ

“İmam Rzadan (ə): “Təvəkkülün həqiqəti”ndən soruşulduqda, o Həzrət buyurdu: “Allahdan başqa, heç kimdən qorxmayasan!” (“Biharul-ənvar”, c.75, sәh.338.)

8. Hansı məqam üstündür: iman, təqva, yoxsa yəqin?

İmam Rza (ə) buyurmuşdur:

إِنَّ الْاِیمانَ أَفْضَلُ مِنَ الْاِسْلامِ بِدَرَجَه، وَ التَّقْوى أَفْضَلُ مِنَ الْاِیمانِ بِدَرَجَة وَ لَمْ یُعطَ بَنُو آدَمَ أَفْضَلَ مِنَ الْیَقینِ

“Həqiqətən, iman İslamdan, təqva isə imandan bir dərəcə üstündür. Adəm övladına yəqindən üstün bir dərəcə (məqam) əta olunmamışdır!”(“Biharul-ənvar”, c.75, sәh.338.)

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru