“Sərhədsiz həkimlər” təşkilatı Qəzzada dinc sakinlərin qətliamını dayandırmağı tələb edir

 

“Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatı Qəzzada dinc sakinlərin qətliamını dayandırmağı tələb edir

“Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatı sionist rejimindən istəyib ki, Qəzzanı bombalamağı və oradakı dinc xalqın qətliamını dayandırmağı tələb edib.

Maide.az-ın Fransa xəbər agentliyinə istinadən  məlumatına görə,  “Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatı bəyanat yayaraq bildirib ki, İsrail ordusunun Qəzzaya hücumları nəticəsində qurbanlar dinc sakinlərdir. Onlardan çoxu uşaqlar və qadınlardır.  Təşkilat İsrailin Qəzzaya hücumlarını dayandırmağı, tibb işçilərinə və xəstəxanalara hücumların dayandırılmasını tələb edib.

Qeyd edək ki, sionist rejim ordusunn ötən 14 gün ərzində Qəzaanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar nəticəsində indiyədək 502 nəfər şəhid olub, 3200 fələstinli isə yaralanıb.

 

 

 

 

 

Google+ WhatsApp ok.ru