“İşçi qrupu dekabrda toplanacaq” – Novella Cəfəroğlu

“Ümid edirik ki, dekabrın sonunda yeni əfv sərəncamı imzalanacaq”. Maide.az xəbər verir ki, bunu açıqlamasında cari ilin sonunda növbəti əfv sərəncamının imzalanıb-imzalanmayacağına münasibət bildirərkən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, bu barədə işçi qrup daxilində bir sıra işlər aparılmaqdadır: “Ümid edirik ki, dekabrın sonuna qədər əfv fərmanı olacaq. Çünki ölkə başçısı hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə əfv sərəncamı imzalayır. Bundan başqa, həbsdə olan nidaçı və hüquq müdafiəçilərinin işləri işçi qrupunda qaldırılıb.  Həmçinin, Əfv Komissiyasına təqdim olunub. Təkliflərimizi Prezident yanında Əfv Komissiyasına və ölkə rəhbərinə təqdim etmişik. Leyla Yunusun işlərini də nəzarətdə saxlayırıq. Xəstə qadındır. İstəyirik ki, azadlığa çıxsın”.

Google+ WhatsApp ok.ru