“Bu gün, ya da sabah əfv sərəncamı imzalanacaq”

Artıq bütün işlər yekunlaşıb. Bu gün, ya da uzağı sabaha prezident İlham Əliyevin əfv sərəncamını imzalayacağını gözləyirik”.
 
Maide.az-ın Fməlumatına görə, bunu Modern.az-a açıqlamasında hüquq müafiəçisi Novella Cəfəroğlu deyib.
 
O qeyd edib ki, həbsdəki şəxslər kimi onlar da əfv sərəncamının imzalanacağını böyük səbirsizliklə gözləyirlər.
 
Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sonuncu sərəncamı bu il oktyabrın 17-də imzalayıb. Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib. 
 
Həmçinin, bir müddət əvvəl Azərbaycan Prezidentinə əfv olunmaları ilə bağlı müraciət edən "Nida" Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də əfv sərəncamı ilə azadlığa buraxılıblar.

Google+ WhatsApp ok.ru