Şəki rayonuna yeni polis rəisi təyin edilib

Daxili işlər orqanlarında yeni təyinat olub.
 
Maide.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Əbülfət Rzayev tutduğu vəzifədən azad edilərək Şəki Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
 
Qeyd edək ki, bir müddət əvvəl Sabunçunun polis rəisi Cavanşir Babayev təqaüdə göndərilib. Onun yerinə isə Şəki Rayon Polis Şöbəsinin rəisi Eldar İlyasov təyin edilib.

Google+ WhatsApp ok.ru