Ərdoğanın Tehran səfərində 8 əməkdaşlıq sənədi imzalanacaq

İran və Türkiyə Müştərək İqtisadi Əməkdaşlıqlar komissiyasının iranlı sədri Mahmud VaiziTürkiyə prezidentinin Tehran səfərində 8 əməkdaşlıq sənədinin imzalanacağını bildirib.
Maide.az xəbər verir ki,  İranın rabitə və informasiya texnologiyalar naziri Mahmud Vaizi bildirib ki,  Əməkdaşlıq sənədinin imzalanması ilə İran və Türkiyənin gömrük, nəqliyyat, səhiyyə, iqtisadi və sənaye məsələlərinin sadələşdirilməsi sahəsində İran və Türkiyənin münasibətləri genişlənəcək. 
M.Vaizi deyb ki, hazırda İran və Türkiyənin ticarət dövriyyəsinin ildə 15 milyard dollardır və   İki ölkə prezidentləri İran və Türkiyənin ticarət dövriyyəsinin ildə 30 milyard dollara çatdırılmasında maraqlıdır.
Qeyd edək ki, R.T.Ərdoğanın İrana səfəri artıq başlayıb. Onun Ali Lider Ayətullah Xamenei və İran rəsmiləri ilə görüşləri nəzərdə tutulub. /
 

Google+ WhatsApp ok.ru