Ərəbistan Yəmənin müxtəlif bölgələrinə aviazərbələr endirdi- 26 nəfər dinc sakin həlak oldu

Səud rejiminə məxsus qırıcılar tərəfindən şənbə günü Yəmənin cənub qərbində yerləşən Təəz vilayətinin Veza rayonunun bombalanması nəticəsində 12 dinc sakin həlak olub, 13 nəfər yaralanıb.
Maide.az xəbər verir ki, Ərəbistanın ötən gecə həmin vilayətin Məqbəne rayonuna hücumları nəticəsində bir qadın həyatını itirib və bir neçə nəfər xəsarət alıb.
Səud rejiminə məxsus döyüş təyyarələri əş-Şərice bölgəsinə endirdiyi hava zərbələri zamanı kaset bombalardan istifadə edib.
Bu hücumlarda əl-Əmri rayonunun məktəblərinə 40-dan çox raket atılıb.
Bununla əlaqədar olaraq, Yəmənin mərkəzində yerləşən Əb vilayətinin Həbiş rayonunun bombalanması nəticəsində isə 5 nəfər həlak olub, iki nəfər yaralanıb.
Səudiyyə qırıcılarının Yəmənin şimalındakı Səde vilayətinin Baqem rayonunu bombalaması 7 Yəmən vətəndaşının həyatına son qoyub.
Məlumatda həmçinin deyilir ki, Ərəbistanın qeyd edilən vilayətin Razeh rayonuna etdiyi raket hücumları nəticəsində bir nəfər dinc sakin ölüb.
 
Qisas hücumları
Digər tərəfdən, Yəmən ordusu Ənsarullah Milli Komitəsinin qüvvvələrinin dəstəyi ilə Əsir vilayətinin Rəbue şəhərinin əz-Zebat rayonunda Ərəbistana məxsus üç hərbi texnikanı sıradan çıxarıb.
Bir hərbi mənbə əlavə edib ki, Yəmən ordusunun Təəz vilayətinin Təbe əl-Xəzan bölgəsinə etdiyi hücumda bir qrup Səudiyyə muzdlusu ölüb və yaralanıb./
 

Google+ WhatsApp ok.ru