ABŞ-da hərbi maşının çaya düşməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Texas ştatında baş vermiş hadisə nəticəsində ölənlərin sayı doqquza çatıb.
 
Maide.Az RİA-ya istinadən xəbər verir ki, bu barədə Amerikanın Müdafiə Naziri Eşton Karter bildirib.
 
İlk olaraq, öənlərin sayının beş nəfər olduğu bildirilsə də, daha sonra onların sayının doqquz olduğu bildirilib.
 
Cümə günü ABŞ ordusunun yük maşını atış poliqonunun yaxınlığında yerləşən çaya düşüb. Körpünün üzərindən gedərkən, aramsız yağan leysan yağışı avtomobili çaya salıb. /

Google+ WhatsApp ok.ru