​İstanbulda metrobus 5 metr hündürlükdən aşıb, 10 nəfər yaralanıb

​İstanbulda metrobus 5 metr hündürlükdən aşıb, 10 nəfər yaralanıb

İstanbulun Zeytunburnu rayonunda Zincirlikuyu-Avcılar istiqamətində hərəkət edən metrobusun 5 metr yüksəklikdən aşması nəticəsində ikisi ağır olmaqla 10 nəfər yaralanıb.
 
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, metrobusda 20 sərnişin olub.
 
Hadisə Zeytunburnu rayonunun Cevizlibağ məntəqəsində baş verib.
 
Hadisənin baş verməsinə ilkin səbəb olaraq, metrobusun sürücüsünün yatması göstərilib. /

Google+ WhatsApp ok.ru