Qüds Günü İmam Xomeyninin dünyanın zülmə məruz qalmış xalqlarına etdiyi bir çağırışdır 30 İyun 2016 01:00 Fələstin Qüds Günü ilk dəfə 1982-ci ildə İslam İnqilabının banisi Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bir çox müsəlman ölkələrində hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri məqsədi ilə Qüds Günü keçirilir. Ramazan ayının son cüməsi bütün dünyada olduğu kimi, Azərbaycanda da beynəlxalq Qüds Günü kimi qeyd edilir. Bu günün əhəmiyyəti və mahiyyəti ilə bağlı ruhani Cəlal Şəfiyev Maide.Az -a açıqlamasında bunları bildirib: "Bismillahir-rəhmanir-rəhim. Mənə elə gəlir ki, hər bir məsələdə olduğu kimi, Beynəlxalq Qüds Gününün də mahiyyət və dəyərini, onun banisinin amal və məqsədində axtarmaq lazımdır. Qüds Günü 34 il öncə o böyük insan - Ayətullah Xomeyninin böyük ruhundan, qeyrətindən, imanından, müdrikliyindən, uzaqgörənliyindən və məzlumlara olan ürək yanğısından qaynaqlanaraq, dünyanın zülmə məruz qalmış xalqlarına etdiyi bir çağırışdır. O böyük insan, zülmə məruz qalmış xalqların zülmdən xilas olmaq yolunu, onların zülmün önündə durmağı özlərinin həyat tərzinə çevirmək və Ramazan ayının sonuncu cüməsində, yəni müəyyən bir gündə, kütləvi şəkildə, əl-ələ verib, həmsəda olub, coşan bir sel kimi gücə çevrilib, haqlarını qəsb edən, onlara acımadan zülm edən müstəkbirlərə qarşı çıxmaqda gördü. Dünya məzlumları 34 il öncə bu çağırışa "ləbbeyk" deyib məzlum və çarəsiz Fələstin xalqının yanında olub, Qüdsü azad etməklə hegemon, qəsbkar və zalımı susdursaydılar, bu gün Qarabağda, İraqda, Suriyada zülmə məruz qalmazdılar." Teqlər : #Qüds Günü İmam Xomeyninin dünyanın zülmə məruz qalmış xalqlarına etdiyi bir çağırışdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Beynəlxalq Qüds Günü İmam Xomeyni (r.ə) və Ali Rəhbər Xamenei cənablarının kəlamında Qəzzə sakinləri: Türkiyə həqiqi simasını ifşa etdi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar