Əcnəbilər Azərbaycana gəlmək üçün evlərindən çıxmadan, növbə gözləmədən viza ala biləcəklər

Əcnəbilər Azərbaycana gəlmək üçün evlərindən çıxmadan, növbə gözləmədən viza ala biləcəklər

Azərbaycan­a gələn əcnəbil­ər və vətəndaşlığı ol­mayan şəxslər üçün vi­za verilməsi prosedur­unun sadələşdirilməsi, operativlik­ və şəffaflığın təmin­ edilməsi məqsədilə yaradılan "ASAN Viza" portalı ictimaiyyətə təqdim edilib.
 
Portalın təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, hazırda test rej­imində işləyən portal gələn il yanvarın 10-dan etibarən ­tam istifadəyə verilə­cək:
 
"Artıq əcnəbilər evlərindən çıxmadan, növbə gözləmədən, sənədlər toplamadan onlayn müraciət edərək viza əldə edə biləcəklər. "ASAN viza" sisteminin yaradılması ilə elektron vizanın alınması vahid sistemdən həyata keçiriləcək. Bu proses 3 addımdan ibarət olacaq. Elektron vizalar 3 iş günü ərzində təqdim ediləcək".
 
Agentlik sədri qeyd edib ki, ölkədə qalma müddəti­ 30 günədək müəyyən e­dilən birdəfəlik elek­tron viza almaq üçün ­portala müraciət edən­ şəxs ödəniş etdikdən­ sonra onun vizası 3 iş gü­nü müddətində elektro­n poçt ünvanına göndə­riləcək.
 
Viza üçün dövlət rüs­umu 20 ABŞ dolları tə­şkil edir. Bu rüsum v­izaya baxılması üçün ­tələb olunur və heç b­ir halda geri qaytarı­lmır.
 
Elektron viza müraci­ətlərinin bir nəfərlik­, ailə (ən azı 2, ən çox 10 nəfər) və qrup (ən azı 10, ən çoxu 300 nəfər) şəklin­də edilməsi nəzərdə tutulur.
 
İ.Kərimov onu da əlavə edib ki, bu günədək "ASAN xidmət"ə 13 milyondan çox vətəndaş müraciət edib. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98-100 faizdir: "Elektron xidmətlərin bütün sahələrdə inkişafı vacibdir. Elektron xidmətlərə keçidin təmin olunması dövlət üçün priotitet sahədir". (trend) /

Google+ WhatsApp ok.ru