Nazirlikdən əməliyyat stolunda ölən 3 uşaq anasıyla bağlı - Açıqlama - Yenilənib 12 Yanvar 2017 02:00 Münasibət İlk xəbər 10:23-də yayıımlanıb Səhiyyə Nazirliyi 5 saylı xəstəxanada “qrija” əməliyyatı zamanı dünyasını dəyişən Vüsalə Məmmədova ilə bağlı açıqlama verib. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Cavid Xəliov “Qafqazinfo”ya deyib ki, Məmmədova Vüsalə Hümmət qızı dünən günorta saat 1 radələrində dünyasını dəyişib: “Mərhumun ölüm səbəbi pataloji anatomiya ekspertizasından sonra məlum olacaq. Ekspertizanın nəticəsi iki həftə ərzində məlum olacaq. Ondan sonra mərhumun hansı səbəbdən dünyasını dəyişdiyi bəlli olacaq”. Qeyd edək ki, mərhumun yaxınlarının criminal.az saytına verdiyi xəbərə görə, ölümə səbəb həkim səhlənkarlığıdır. Belə ki, iddiaya əsasən, həkim əməliyyat zamanı səhvən xəstənin damarını zədələyib. Nəticədə üç uşaq anası qanaxmadan dünyasını dəyişib. / Teqlər : #Nazirlikdən əməliyyat stolunda ölən 3 uşaq anasıyla bağlı Açıqlama Yenilənib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru SOCAR: Magistral kəmərdə baş verən qəza texnogen xarakter daşıyır Ağcabədidə baş verən ana və körpə ölümünün ilkin səbəbi açıqlanıb - Yenilənib