Təyyarədə siqaret və mobil telefon qadağasının ƏSL SƏBƏBLƏRİ 21 Yanvar 2017 02:00 Münasibət Bir çoxları hesab edirlər ki, təyyarə göyərtəsində siqaret çəkməyə qadağa yanğın təhlükəsinin ola biləcəyi səbəbilə əlaqədardır. Maidei.Az Trend-ə istinadən xəbər verir ki, bu fikir doğru deyil. Çünki əvvəllər təyyarədə siqaret çəkməyə icazə verilirdi və siqaret səbəbindən də hər hansı yanğın hadisəsi baş verməmişdir. Ona görə də indi belə qadağanın qoyulması yanğın təhlükəsi ilə əlaqəli deyil. Əsl səbəb iqtisadi xarakter daşıyır. Təyyarədə hava daim filtirlərdən keçərək dövr edir. Siqaretin tüstüsü və qətranın təsiri isə filtirlərin tez sıradan çıxmasına səbəb olur. Təyyarədə mobil telefonların istifadəsinin təyyarəni sıradan çıxara biləcəyi barədə deyilənlər də doğru deyil. Lakin mobil telefona gələn zəng pilotla aviadispetçr arasında rabitə əlaqəsinə mane olur və belə olan halda pilot aviadispetçr tərəfindən verilən hər hansı bir məlumatı qarışdıra bilər. Teqlər : #Təyyarədə siqaret və mobil telefon qadağasının ƏSL SƏBƏBLƏRİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ağcabədidə baş verən ana və körpə ölümünün ilkin səbəbi açıqlanıb - Yenilənib ''Azərbaycan orta gəlir tələsinə düşüb''