Əsəd: Rusiyadan müasir RƏM sistemi alacağıq

Əsəd: Rusiyadan müasir RƏM sistemi alacağıq

Suriya rəhbərliyi İsrailin mümkün avia zərbərlərindən və ABŞ-ın təhdidlərindən müdafiə olunmaq məqsədilə Rusiyadan ən müasir və qabaqcıl Raket Əleyhinə Müdafiə (RƏM) sistemi almaq niyyətindədir. Bu barədə ictimaiyyətə Suriya dövlət başçısı Bəşər Əsəd məlumat verib.
 
"Aydındır ki, Suriya RƏM sisteminə malik olmaq istəyir. Çünki İsrail 1948-ci ildən etibarən ətrafında yerləşən ərəb ölkələrinə daima hücum edir", -deyə Əsəd bildirib.
 
Qeyd edək ki, son bir ayda İsrail rejimi təyyarələri Suriya ərazisinə bir neçə dəfə avia zərbə endirib, ABŞ isə "Əş-Şəyrat" hərbi aerodromunu vurub. (faktxeber) /

Google+ WhatsApp ok.ru