“Bütün Avropa Rusiyadan 3 dəfə kiçikdir: Başqa sual var?”

“Bütün Avropa Rusiyadan 3 dəfə kiçikdir: Başqa sual var?”

Avropa Birliyinin təhlükəsizliyini Rusiyasız təmin etmək olmaz.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker söyləyib. Onun sözlərinə görə, Avropa Birliyi və Rusiya ikitərəfli münasibətləri yaxşılaşdırmalıdır:
“Bütün AB 5,5 milyon kvadrat kilometrdən ibarətdir. Rusiya isə 17,5 milyon kvadrat kilometrdir. Sizin başqa hansısa sualınız var? Ona görə də biz Rusiya ilə münasibətləri yaxşılaşdırmalıyıq. Avropalılar özlərini dünyanın sahibi kimi aparmaqdan çəkinməlidirlər. Artıq Avropa iqtisadiyyatının dünyadakı rolu aşağı düşür. Bu gün biz dünya iqtisadiyyatının ümumdaxili məhsulunun 24-25%-nə sahibik. 10 il sonra bu göstərici 20%-ə düşəcək. Əhalimiz əsrin əvvəlində dünya əhalisinin 10%-ni təşkil edirdisə, əsrin sonunda bu, bir neçə faiz olacaq”.

Google+ WhatsApp ok.ru