Şəri-dini suallara cavablar - SUAL 75

Şəri-dini suallara cavablar - SUAL 75

Qəza olmuş namaz və oruclarımı yerinə yetirməkdə dostlarım mənə kömək edə bilərmi?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 

NAMAZIN HÖKMLƏRİ

SUAL 75: Qəza olmuş namaz və oruclarımı yerinə yetirməkdə dostlarım mənə kömək edə bilərmi, başqa sözlə, başqa bir adam mənim əvəzimdə qəza namazılarımı qılıb oruclarımı tuta bilərmi?

Bütün mərcəi-təqlidlərin rəyi: “İnsan ölənə qədər qəzaya getmiş namaz və oruclarını bacardığı qədər özü yerinə yetirməlidir və bu işdə başqasından kömək istəyə bilməz.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1533; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 1530; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 1541; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 709.)

Google+ WhatsApp ok.ru