İraqın şimalında aksiya zamanı 5 nəfər ölüb 20 Dekabr 2017 02:00 Dünya -- 93 nəfər yaralanıb İraqın şimalındakı kürd muxtariyyətində, Süleymaniyyə şəhərində minlərlə məmurun maaşların ödənilməməsi və korrupsiyaya etiraz olaraq keçirdikləri aksiyada baş verən toqquşma nəticəsində 5 nəfər ölüb, 93 nəfər yaralanıb. “Report” "Haber7"yə istinadən xəbər verir ki, aksiyanı “Goran” Hərəkatı və İraq Yurdsevərlər Birliyi təşkil edib. İraqın baş naziri Heydər əl-İbadi həftəlik mətbuat konfransında etiraz aksiyaları ilə bağlı deyib: “Şimaldakı aksiyalar yerli muxtar hökumətin yürütdüyü səhv siyasətdən qaynaqlanır. Mərkəzi hakimiyyətin vəzifəsi ölkənin hər yerində vətəndaşların həyatı və əmlakının təhlükəsizliyini qorumaqdır”. 2014-cü ildə İraq kürd muxtariyyətinin keçmiş başçısı Məsud Barzani Türkiyəyə maaşların verilməsi üçün maliyyə yardımı ilə bağlı müraciət etmişdi. Onda rəsmi Ankara Məsud Barzani hökumətinə bu məqsədlə 2 milyard dollar kredti vermişdi. Qeyd edək ki, aksiya üç gündür davam edir. Etirazçılar muxtar hökumətin keçmiş başçısı Məsud Barzaninin rəhbəri olduğu Demokratlar Partiyasının baş qərargahının binasına od vurublar. “Hökumətdən müəllimlərin və məmurların sosial şəraitinin normallaşdırılmasını, maaşlarımızın fasiləsiz olaraq verilməsini tələb edirik”, - aksiya iştirakçısı vurğulayıb. Onlar “Bəsdir artıq!”, “26 illik korrupsiyaya və qarətə yox!”, “Rüşvətxorlar mühakimə olunmalıdır!”, “Müəllim və məmurların maaşları haradadır?” şüarlarını söyləyiblər Muxtar hökumətin rəsmi məlumatına görə, bölgədə hökumətdən maaş alan 1,4 milyon müəllim və məmur var. Teqlər : #İraqın şimalında aksiya zamanı 5 nəfər ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İspaniya parlamentində ilk dəfə müsəlman qadın deputat ola bilər Səudiyyə Ərəbistanı müharibəyə hazırlaşır?
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO