Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi təxirə düşüb - FOTO/VİDEO 30 Yanvar 2018 02:00 Namaz məhbusu -- Nöbəti məhkəmə fevral ayının 13-ü saat 11:00-a təyin edilib Bu gün Ali Məhkəmədə Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayeti üzrə məhkəməsi təyin edilmişdi. Maide.Az xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq proses təxirə düşüb. Buna səbəb Şeyx Sərdar Hacıhəsənlinin məhkəmədə iştirakı ilə bağlı müraciət etməsidir. Fevral ayının 13 saat 11:00-a təyin edilən növbəti məhkəmə prosesində Şeyx Sərdar Hacıhsənlinin də iştirakı təmin ediləcək. Qeyd edək ki, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Sərdar Babayev) Masallı rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə ( yəni sadəcə imam cümə olduğuna və xütbə söylədiyinə görə) üç il müddətinə azadlıqdan məhrum etməyə dair hökmünün dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilib. Teqlər : #Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsi təxirə düşüb FOTO/VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şeyx Sərdarın kassasiya şikayəti üzrə məhkəməsi keçiriləcək - BU GÜN Şeyx Sərdarın kassasiya şikayəti üzrə məhkəməsi keçiriləcək - SABAH