Şeyx Sərdarla bağlı Avropa Məhkəməsinə növbəti müraciət olunacaq -VİDEO 13 Fevral 2018 02:00 Namaz məhbusu -- Cavad Cavadov:“Kassasiya ilə bağlı da Avropa Məhkəməsinə şikayət göndərəcəyik” Xəbər verdiyimiz kimi bu gün Ali Məhkəmədə Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbsindən verilən kassasiya şikayəti üzrə məhkəmə baş tutub. Proses barədə Maide.Az –a açıqlama verən vəkil Cavad Cavadov bildirib ki, əvvəlki proseslərdə olduğu kimi, bu dəfə də verilmiş vəsatətlər təmin edilməyib. Vəkil növbəti addımın artıq atıldığını və məsələnin Avropa Məhkəməsində həllini tapacağına ümid etdiyini bildirib. Şeyx Sərdarın saxlanma şəraiti və səhhətindən şikayətçi olmadığını qeyd edən vəkil onu da əlavə edib ki, müdafiə etdiyi şəxsin həbsdə saxlanılması üçün heç bir əsas yoxdur. Ətraflı video materialda: Teqlər : # Şeyx Sərdarla bağlı Avropa Məhkəməsinə növbəti müraciət olunacaq VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şeyx Sərdar Hacıhəsənli: İnsanlara əxlaqı təbliğ etdiyim üçün həbs edilmişəm - FOTO Şeyx Sərdarın həbsdə saxlanılmasına münasibətlər - VİDEO