Imam Rzanın (ə) hərəminin üzərindəki bayraq dəyişdirilib - FOTO 25 İyul 2018 01:00 Zilqədə Bu gün səhər Məşhəd şəhərində İmam Rzanın (ə) hərəminin günbəzinin üzərindəki bayrağın və O Həzrətin zərihinin üzərindəki örtük dəyişdirilmə mərasimi keçirilib. Maide.Az –ın məlumatına görə, mərasim bu gün səhər Məşhəddə İmam Rzanın hərəmində İmam Rzaya (ə) məxsus ziyarətnamənin oxunması ilə başlayıb. Mərasimdə hərəmin xidmətçiləri və dünyanın müxtəlif ölkələrində Məşhədə səfər etmiş zəvvarlar iştirak edib. Hər il, İmam Rzanın (ə) mövlud gününə bir gün qalmış hərəminin günbəzinin üzərindəki yaşıl bayraq dəyişdirilir. Teqlər : #Imam Rzanın (ə) hərəminin üzərindəki bayraq dəyişdirilib FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyanın 160 ölkəsindən zəvvarlar İmam Rzanın (ə) hərəmini ziyarət edir Zilqədə ayı üçün əlamətdar islami günlər