ƏN ÇOX SEVDİYİN ŞƏXSƏ PİSLİK ETMƏ! 24 Avqust 2018 01:00 İbrətamiz hekayələr Əbuzər Qifarinin əlinə bir məktub çatdı. Məktubu açıb oxudu. Məktub sahibi ondan elm və nəsihət istəmişdi. Həmin şəxs Əbuzəri tanıyırdı və bilirdi ki, Peyğəmbərin nəzərində hörmət sahibidir və o həzrət çoxlu hikmətli sözləri Əbuzərə təlim verib. Əbuzər məktubu qısa bir cümlə ilə cavablandırdı: أنَّ العِلمَ كَثيرٌ و لكنْ إن قَدَرتَ أن لا تُسِيءَ إلى مَن تُحِبُّهُ فَافعَلْ “Elm çoxdur, lakin bacarırsansa, hamıdan çox sevdiyin şəxsə pislik etmə.” Məktubu göndərdi. Həmin şəxs Əbuzərin məktubunu açıb oxudu, amma bir şey başa düşmədi. Öz-özünə dedi: “Bu cümlələrdə məqsəd nədir? “Hamıdan çox sevdiyin şəxsə pislik etmə” sözü ilə Əbuzər nə demək istəyir?” Bu, aydın bir məsələdir. Heç insan sevdiyi bir şəxsə pislik edərmi? Nəinki pislik etməz, hətta onun üçün malı, canı, olan-qalanını da fəda etməyə hazır olar. Digər tərəfdən, öz-özünə fikirləşdi ki, bu sözü deyənin şəxsiyyətini gərək nəzərdən qaçırmayasan. Bu cümləni deyən Əbuzərdir. Əbuzər ümmətin Loğmanıdır. Çarə yoxdur, izahı onun özündən soruşmalıyam. Yenidən Əbuzərə məktub yazıb bir qədər izah etməsini xahiş etdi. Əbuzər cavabında yazdı: نَعَم، نفسُكَ أحَبُّ الأنفُسِ إلَيكَ، فإذا أنتَ عَصَيتَ اللّه َ فقد أسَأتَ إلَيها؛ “Hamıdan çox sevdiyin şəxs dedikdə, məqsədim elə sən özünsən, başqası deyil. İnsan özünü hamıdan çox sevir. “Hamıdan çox sevdiyin şəxsə pislik etmə” deyərkən sənin özünlə düşməncəsinə rəftar etməməyini nəzərdə tutmuşam. İnsan hansısa bir günaha mürtəkib olduqda, Allaha asi olduqda, özünə pislik etmiş olur, zərəri elə onun özünə dəyir?!” (“Əl-kafi”, 2-ci cild, səh.458, hədis 20.) Bu da “Casiyə” surəsinin 15-ci ayəsi: مَنْ عَمِلَ صَالِحًا فَلِنَفْسِهِ وَمَنْ أَسَاء فَعَلَيْهَا “Kim yaxşı bir iş görsə, xeyri özünə, kim də bir pislik etsə, zərəri özünə olar!...” Maide.Az Teqlər : #ƏN ÇOX SEVDİYİN ŞƏXSƏ PİSLİK ETMƏ!, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ANANIN HAQQI Həzrət Adəmlə (ə) görüşən altı nəfər