“Qızıl top” mükafatına növbəti namizədlər açıqlanıb 08 Oktyabr 2018 01:00 İdman France Football” nəşri “Qızıl top” mükafatına növbəti namizədləri açıqlayıb. Maide.Az "Report"a istinadla xəbər verir ki, ikinci "5-lik"də Tibo Kurtua ("Real Madrid" İspaniya, Belçika), Kriştianu Ronaldu ("Yuventus" İtaliya, Portuqaliya), Kevin De Bruyne ("Mançester Siti" İngiltərə, Belçika), Roberto Firmino ("Liverpul" İngiltərə, Braziliya) və Dieqo Qodin ("Atletiko" İspaniya, Uruqvay) yer alıb. Dünyanın ən yaxşı futbolçusu mükafatı uğrunda 30 oyunçu mübarizə aparacaq. Qalan namizədlərin adları gün ərzində açıqlanacaq. Qeyd edək ki, "Qızıl top" mükafatının təqdimatı dekabrın 3-də Fransanın paytaxtı Parisdə keçiriləcək. Teqlər : #Qızıl top mükafatına növbəti namizədlər açıqlanıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ronaldo Portuqaliya yığmasından uzaqlaşdırıldı Məşhur futbolçu karyerasını başa vurub