Şəkər xəstələrinə müjdəli xəbər

Şəkər xəstələrinə müjdəli xəbər

İkinci tip şəkər xəstəliyindən əziyyət çəkən xəstələr tezliklə gündəlik insulin olmadan yaşaya biləcəklər.
 
Maide.Az "Sputnik"-ə istinadla xəbər verir ki,  Hollandiya alimləri qanda şəkərin səviyyəsini stabilləşdirməyin yolunu tapıb.
 
Məlumdur ki, nazik bağırsaqla mukoza arasında əlaqə var. Yeni metod mukozanı dağıdıb yeni qatın əmələ gəlməsini təmin edir. 
 
Kliniki təcrübə zamanı 50 xəstəyə içində qaynar su olan balonlar yeridilib. Mukoza kəskin isti nəticəsində dağılıb. İki həftədən sonra bağırsaqda sağlamlığa faydalı olan yeni qat yaranıb.
 
Bir illik müalicədən sonra təcrübə iştirakçılarının 90 faizinin vəziyyəti satbilləşib. Prosedurun özünə gəldikdə isə o, demək olar ki, ağrısız keçib. Prosedur ürək-damar çatışmazlığı, böyrəklərdə problemlər, görmə qabiliyyətinin zəifləməsi və s. bu kimi problemlərin yaranmas riskini də azaldıb.
 
Ekspertlər qeyd edir ki, bu terapiya həkim müdaxiləsinə ehtiyacı olan, ancaq insulinə başlamamış xəstələr üçün daha effektivdir.
 
Qeyd edək ki, şəkər xəstəliyi bütün dünyada artır. Təkcə Böyük Britaniyada xəsətlərin sayı 1998-ci ildən 2018-ci lə qədər 1,9 milyondan 3,7 milyona qədər artıb. Hər 10 haldan 9-u isə ikinci tip şəkər xəstəliyidir.

Google+ WhatsApp ok.ru