Rəbiül-əvvəl ayının 17-ci gününün əməlləri 24 Noyabr 2018 10:57 Rəbiul-əvvəl Şiə alimlərinin nəzərinə əsasən, Rəbiül-əvvəl ayının 17-ci günü İslam Peyğəmbərinin (s), eləcə də altıncı imamımız imam Sadiqin (ə) mövlud gününə təsadüf edir. Maide.Az xəbər verir ki, həmin gün bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir: 1. Qüsl etmək; 2. Oruc tutmaq; bu günün orucu bir illik orucun savabına bərabərdir. 3. Peyğəmbər (s) və imam Sadiqi (ə) istər uzaqdan, istərsə də yaxından ziyarət etmək (onlara məxsus ziyarətnamələri oxumaq); 5. Gün doğan zaman iki rükət namaz qılmaq; hər iki rükətdə “Həmd” surəsindən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələri tilavət olunur. 6. Sədəqə vermək və məhrum təbəqəni xeyirxah əməllərlə sevindirmək. Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəbiül-əvvəl ayının əməlləri” bölümü. Maide.Az Teqlər : #Rəbiüləvvəl,#ayının,#17ci,#gününün,#əməlləri, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI Rəbiül-əvvəl ayı üçün əlamətdar İslami günlər