İmam Həsən Əsgəri, İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmi qaraya bürünüb – FOTO 18 Yanvar 2019 10:50 Cəmadiul-əvvəl Allah Rəsulunun (s) sevimli qızı paklıq və ismət rəmzi Həzrət Siddiqətul-Kubra Fatimeye Zəhranın (s.ə) müsibətli şəhadət günləri "Əyyami Fatimiyyə" münasibətilə İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmində qara bayraqlar, qara parçalara yazılmış dualar və şüarlar, o cümlədən matəmlə bağlı plakatlar yerləşdirib. Maide.Az xəbər verir ki, o Həzrətin şəhadət günü ilə bağlı iki tarix qeyd olunub: Cəmadiül-əvvəl ayının 13-ü (2019-ci il yanvar ayının 20-i -Peyğəmbərin (s) vəfatından 75 gün sonra) və Cəmadiül- sani ayının 3-ü (2019-ci il fevral ayının 9-u -Peyğəmbərin (s) vəfatından 95 gün sonra). Bu münasibətlə Əhli-Beyt (ə) ardıcılları qeyd olunan hər iki tarixdə 3 gün müddətində əzadarlıq məclisləri təşkil edir və o həzrətə matəm saxlayır. Hər iki tarixdə qeyd olunan əzadarlığa "Əyyami Fatimiyyə" deyilir. Bu münasibətlə əziz oxucularımıza başsağlığı veririk , İmam Həsən Əsgəri (ə), İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmindən yeni fotoları təqdim edirik: Teqlər : #İmam,#Həsən,#Əsgəri,#İmam,#Hüseyn,#(ə),#və,#Həzrət,#Abbasın,#(ə),#hərəmi,#qaraya,#bürünüb,#–,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Əyyami Fatimiyyə` yaxınlaşır Xanım Fatimeyi-Zəhra (s.ə) atası Peyğəmbərdən (s) sonra