Şeyx Sərdar Hacıhəsənli haqqında Vikipediya səhifəsi yaradılıb 22 Fevral 2019 15:45 Namaz məhbusu Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənli haqqında Vikipediya sosial şəbəkəsində Azərbaycan, Rus, İngilis, Ərəb və Fars dillərində səhifələr hazırlanıb. Maide.Az xəbər verir ki, artıq Azərbaycan, Rus və Fars dillərində olan məlumatlar Vikipediyaya yerləşdirilib. Məqalədə Sərdar Hacıhəsənlinin həyatı, təhsili və elmi əsərləri haqqında geniş məlumatlar öz əksini tapıb. Həmçinin 2017-ci ilin 22 fevral tarixində həbs olunan ruhaninin məhkəmə prosesi barəsində də əhatəli informasiya dərc olunub. Qeyd edək ki, yaxın günlərdə məqalənin İngilis və Ərəb dillərinə tərcümə olunmuş versiyaları Vikipediyaya yerləşdiriləcək. Teqlər : #Şeyx,#Sərdar,#Hacıhəsənli,#haqqında,#Vikipediya,#səhifəsi,#yaradılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Namazın həbsindən 2 il keçdi... -VİDEO Şeyx Sərdar Hacıhəsənli - Görmək istəyirəm! - VİDEO