Ekspert buraxılış imtahanları haqqında: bu, orta məktəb təhsilinə hörmətsizlikdir 13 Aprel 2019 11:16 Elm, Təhsil Təhsil eksperti Kamran Əsədov deyir ki, vətəndaşa orta məktəbi oxuması barədə sənəd verilməlidir Gürcüstan orta mətbələrində 11-ci və 12-ci siniflər üçün buraxılış imtahanları ləğv edilib. Maide.Az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda da belə bir qanun qəbul edilməlidir: “Bir adam 11 il məkətəbə gedir, sonda isə attestat ala bilmir. Bu göstərir ki, mövcud qanunda boşluq var. Vətəndaşa orta məktəbi oxuması barədə sənəd verilməlidir. Sonrakı təhsilini davam etdirib-etdirməmək onun hüququdur. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da bu göstərilir. Strategiyanın əsas istiqamətlərindən biri də 12 illik təhsilə keçmənin təmin olunması idi. Təhsil yükü pillələr arasında bölünməlidir. Müasir çağırışlar göstərir ki, biz buna getməliyik. Buraxılış imtahanı ilə attestat verməmək orta məktəb təhsilinə hörmətsizlikdir”. Teqlər : #Ekspert,#buraxılış,#imtahanları,#haqqında:,#orta,#məktəb,#təhsilinə,#hörmətsizlikdir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakının yeganə açıq kitabxanası: Buradan pulsuz kitab ala bilərsən, ancaq əvəzində ... Psixoloq: ‘Məktəblərdə kişi müəllimlərin azlığı oğlanların psixologiyasına mənfi təsir edir’