Məsumlar (ə) övlad tərbiyəsi haqqında nə buyururlar? 30 İyul 2019 12:03 Ailə Maide.Az məsumların (ə) övlad tərbiyəsi haqqında kəlamlarını təqdim edir: 1. İmam Sadiq (ə): Övladlar arasında ədalətlə rəftar edin. (Biharul-ənvar, c.101, səh. 92) 2. Peyğəmbər(s) : Uşaqlara verdiyiniz vədlərə vəfa edin. Çünki onlar sizi öz ruzi verənləri hesab edirlər. (Vəsailuş-şiə, c. 5, səh. 126) 3. İmam Kazım (ə): Övladlarınızı döyməyin və uzun müddətə onlardan küsməyin. (Biharul-ənvar, c.104, səh. 99) 4. Əmirəl-möminin (ə): Övladı uşaqyana rəftarla tərbiyə etmək lazımdır. (Vəsailuş-şiə, c. 5, səh. 126) 5. Peyğəmbər(s): Uşaqlardan bacarıqlarından artıq bir şey istəməyin və onları nadan hesab etməyin. (Usuli-Kafi, c. 6, səh. 50) 6. Peyğəmbər(s): Əks cins altı yaşdan yuxarı qız uşaqlarını, yeddi yaşdan yuxarı oğlan uşaqlarını öpməməli və qucaqlamamalıdırlar. (Məkarimul-əxlaq, səh. 115) 7. İmam Sadiq (ə): Övladlarınızı çox öpün və onlara çox məhəbbət göstərin. (Biharul-ənvar, c.101, səh. 92) Teqlər : #Məsumlar,#(ə),#övlad,#tərbiyəsi,#haqqında,#nə,#buyururlar?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ölkədəki doğum statistikası narahatlıq doğurmaya bilməz Bu il Azərbaycanda 35192 nikah və 9793 boşanma halı qeydə alınıb
Bu şəxslər 11-ci sinfi bitirdikdən sonra ali məktəbə 2 il imtahansız qəbul ola biləcəklər - YENİ QAYDA