İƏT Avropa liderlərini İslamofobiyaya qarşı tədbir görməyə çağırır

İƏT Avropa liderlərini İslamofobiyaya qarşı tədbir görməyə çağırır

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Avropa liderlərini İslamofobiya ilə mübarizə üçün tədbirlər görməyə çağırıb. 
 
Maide.Az "İslam.ru"a istinadla xəbər verir ki, İƏT baş katibi Yusuf əl-Useymin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74-cü sessiyasındakı çıxışında Avropa liderlərini İslamofobiya ilə mübarizə üçün şiddətə səbəb olmayan konkret tədbirlər görməyə çağırıb.
 
Y.Usamin Qərbdəki miqrantlara qarşı artan hücumlar səbəbiylə Avropadakı bir çox bölgələrdə müsəlmanların getdikcə çətin vəziyyətlərlə üzləşdiklərini və ayrıseçkiliklə qarşılaşdıqlarını qeyd etib.
 
İƏT baş katibi Nyu Yorkda etdiyi digər bir açıqlamada müsəlmanlara qarşı irqçi ritorikanın insan haqlarına zidd olduğunu vurğulamışdı.

Google+ WhatsApp ok.ru