Rəbiül-əvvəl ayı üçün əlamətdar İslami günlər 29 Oktyabr 2019 17:59 Rəbiul-əvvəl Maide.Az Rəbiül-əvvəl ayı üçün əlamətdar İslami günləri təqdim edir: 30 oktyabr – 1 Rəbiül-əvvəl - “Leylətul-məbit hadisəsi” - İslam Peyğəmbərinin (s) Məkkədən Mədinəyə hicrəti. 1 noyabr – 3 Rəbiül-əvvəl - Kəbənin Müaviyə oğlu Yezid tərəfindən yandırılması. 3 noyabr – 5 Rəbiül-əvvəl - İmam Hüseynin (ə) qızı xanım Səkinənin (s.ə) vəfatı. 6 noyabr – 8 Rəbiül-əvvəl - İmam Həsən Əskərinin (ə) şəhadəti. 7 noyabr – 9 Rəbiül-əvvəl - On ikinci imamımız həzrət Sahibəz-Zamanın (ə.c) imamətinin başlanğıc günü. 8 noyabr - 10 Rəbiül-əvvəl - İslam Peyğəmbərinin (s) xanım Xədicə ilə evliliyi. 10 noyabr – 12 Rəbiül-əvvəl - İslam Peyğəmbərinin (s) mövludu (əhli-sünnə mənbələrinə əsasən) – Vəhdət həftəsinin başlanması. 13 noyabr - 15 Rəbiül-əvvəl - İslamın ilk məscidi olan Qoba məscidi tikilib. 15 noyabr – 17 Rəbiül-əvvəl - İslam Peyğəmbərinin (s) mövludu (şiə mənbələrinə əsasən). 15 noyabr – 17 Rəbiül-əvvəl - İmam Sadiqin (ə) mövludu. 16 noyabr – 18 Rəbiül-əvvəl - Mədinədə Məscidun-Nəbiyy tikilib. Teqlər : #Rəbiüləvvəl,#ayı,#üçün,#əlamətdar,#İslami,#günlər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rəbiül-əvvəl ayının 17-ci gününün əməlləri Rəbiül-əvvəl ayının əməlləri