Əfqanıstanda partlayış nəticəsində 10 nəfər ölüb

Əfqanıstanda partlayış nəticəsində 10 nəfər ölüb

Əfqanıstanın Məzari-Şərif şəhərində baş verən partlayış azı 10 nəfərin ölümünə səbəb olub.

"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə "TOLOnews" telekanalı məlumat verib.

Ölənlər arasında 3 uşaq və 2 qadının olduğu qeyd edilir. Yaralıların dəqiq sayı hələlik məlum deyil.

İlkin məlumatlara görə, yolun yaxınlığında olan mina partlayıb.

Google+ WhatsApp ok.ru