Ənsarullah: Yəmən qüvvələri inanclarıyla ABŞ-ın tanklarını əzib keçdi

Ənsarullah: Yəmən qüvvələri inanclarıyla ABŞ-ın tanklarını əzib keçdi

Yəmən inqilabının rəhbəri və Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi Yəmən ordusu və inqilabi xalq komitələri qüvvələrinin inanclarıyla ABŞ-ın tanklarını əzib keçdiklərini bildirib.
 
Maide.Az Mehr-ə istinadla xəbər verir ki,  Əl-Husi Yəmən xalqının səbr və inancları ilə bütün çətinliklərin öhdəsindən gələcəyini vurğulayaraq, məhz bu inamın ABŞ tanklarının darmadağın olmasına gətirib çıxartdığını bildirib.
 
Yəmən xalqına qarşı bütün hərbi və iqtisadi imkanların istifadə edildiyi bir müharibəyə şahid olduqlarını qeyd edən Seyid Əbdülməlik, belə deyib: “Əxlaqi və mənəvi dəstəkdən faydalandığımız üçün düşmənlər bizim üzərimizdə nəzarətlərini itirdi.
 
Düşmən bizə mədəniyyət və elm bəxş etmir, eyni zamanda bizə əziyyət verir. Düşmənlər iradəsi və gücünü itirmiş bir millət olmağımız üçün bizi bulaşdırmaq istəyirlər”.
 

Google+ WhatsApp ok.ru