’Kanal 12‘ televiziyası bu gündən test yayımını başlayıb

’Kanal 12‘ televiziyası bu gündən test yayımını başlayıb

“Kanal 12” televiziyası bu gündən online formatda test yayımını başlayıb. 
 
Maide.Az xəbər verir ki, "Kanal 12" televiziyası 2015-ci ildə İstanbulda təsis olunub. Kanal Azərbaycan və Türk dillərində verilişlər yayımlayır. Əsasən dini məzmunlu proqramlar yayımlayan, Azərbaycan və Türkiyədə böyük maraqla izlənilən telekanal bu gün axşamdan etibarən  test yayımına start verib.
 
“Birliyin Səsi” şüarı ilə  efirə qayıdan Kanal 12 ekranlarında nələr olacaq?
 
İslam, tarix, ailə, hüquq, xüsusi gündəmlər, musiqi, mədəniyyət və incəsənət, iqtisadiyyat, uşaq və gənclik, bədii film vəseriallar, sənədli filmlər kimi proqramlarla Türk və İslam dünyasında birlik və qardaşlıq paylaşmağı hədəfləyir. 
 
Kanal 12 bu dəfə uşaqları da unutmayıb. Belə ki, Kanal 12 Uşaq Klubu adlı verlişdə üzvlük sistemi ilə 5-15 yaş arası uşaqların təyin olunacaq mövzularla əlaqədar düşüncələrini görüntülü olaraq proqramda yayımlanmasını hədəfləyir. 
 
Yaxın zamanlarda kanal  peyk yayımını da həyata keçirəcək. 
 
Kanal 12-ni canlı BURADAN izləyə bilərsiz. 
 
 

Google+ WhatsApp ok.ru