Yəmən ordusu və Ənsarullah 2500 kv.km. ərazini azad etdi 30 Yanvar 2020 14:02 Yəmən Yəmən ordusu və inqilabi xalq komitələri (Ənsarullah) Səudiyyə rejiminin ordusu və onların Yəməndəki xain müttəfiqlərinin işğalı altındakı Nəhim, Məarib və Əl-Cəufun rayon və qəsəbələrində irəliləməyə davam edir. Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii yanvarın 29-u təşkil etdiyi mətbuat konfransındakı çıxışında, son 48 saat ərzində 2500 kvadratkilometr ərazini işğalçıların əlindən azad etdiklərini bildirib. Sərii keçirilən “Əl-Bunyanil Mərsus” əməliyyatında Səudiyyə rejiminin əsgərləri ilə xain müttəfiqlərindən 700 hərbçinin məhv edildiyini, 1750 nəfərin yaralandığını və 2500 nəfərin də əsir götürüldüyünü açıqlayıb. 17 hərbi briqada və 20 batalyondan ibarət olan Nəhimdə yerləşən düşmən qüvvələri məğlub edildi və texnikaları tam yararsız hala salındı. Məaribin Sirvah bölgəsində yerləşən üçüncü hərbi bölgədən iki dəstə və Əl-Cəufdə yerləşən altıncı hərbi bölgədən olan üç dəstə məğlub edildi. /Deyerler.org Teqlər : #Yəmən,#ordusu,#və,#Ənsarullah,#2500,#kv.km.,#ərazini,#azad,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hudeydada vəbaya yoluxanların sayı açıqlandı Yəməndə Trampın Fələstin planına qarşı izdihamlı mitinqlər keçirilib
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'