Rəcəb ayında gündəlik namazdan sonra oxunan dua- VİDEO 25 Fevral 2020 13:30 Rəcəb Azərbaycan dilinə tərcümə ilə Maide.Az Rəcəb ayında gündəlik namazdan sonra oxunan duanı təqdim edir: Səccad adlı bir şəxs altıncı imam Həzrət İmam Cəfər Sadiqin (ə) hüzuruna gəlib söylədi: Rəcəb ayı üçün mənə bir dua öyrədin ki, onu oxumaqla Allah Taala mənə xeyir və mənfəət yetirsin. Həzrət İmam Sadiq (ə) buyurdu: Rəcəb ayında hər gün vacib gündəlik namazlardan sonra bu duanı oxu. DUANIN LATIN ƏLIFBASI ILƏ ƏRƏBCƏ OXUNUŞU: Ya mən ərcuhu likulli xəyr və amənu səxətəhu ində kulli şərr, Ya mən yu'til-kəsirə bil-qəlil, Ya mən yu'ti mən səələhu, Ya mən yu'ti mən ləm yəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhməh, Ə'tini bi-məsələti iyyakə cəmiə xəyrid-dunya və cəmiə xəyril-axirəh, Vəsrif ənni bi-məsələti iyyakə cəmiə şərrid-dunya və şərril-axirəh, Fə-innəhu ğəyru mənqusin ma ə'təytə və zidni min fəzlikə ya Kərim. Bu məqamda qadınlar saçlarından, kişilər isə saqqallarından sol əllə (işarə mənasında) tutaraq, sağ əlin şəhadət barmağını sağa-sola tərpədib, oxuyur: Ya zəl-cəlali vəl-ikram, Ya zən-nə’mai vəl-cud, Ya zəl-mənni vət-təvli, Hərrim şəybəti ələn-nar. Teqlər : #Rəcəb,#ayında,#gündəlik,#namazdan,#sonra,#oxunan,#dua,#VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Cavadi Amulinin Rəcəb əhlinə tövsiyələri Ayətullah Qazı Təbatəbayinin Rəcəb əhlinə tövsiyələri