Şəban ayına diqqətsiz yanaşmayın

Şəban ayına diqqətsiz yanaşmayın

Şəban ayıdır və bu ayın əhəmiyyətini diqqətdən qaçırmaq olmaz.

 
Ramazan ayı kimi, Şəban ayı da əvvəlindən axırına qədər bayramdır... Allaha yaxın olan kəslərin bayramıdır. İnsanın öz nəfsini saflaşdırmaq, qəlbini nurlandırmaqla məşğul ola bilməsi üçün xüsusi bir mövqeyə malik olan hər bir gün bayramdır, o günü qənimət bilmək lazımdır.
 
Şəban ayı da ilk günündən son gününə qədər bu cür fürsətlərlə bol olan bir aydır. Bu ayda bağışlanma diləmək, dua etmək, ziyarət etmək, göz yaşı və yalvarışlarla ilahi dərgaha üz tutmaq, Quran oxumaq, namaz qılmaq – bunların hamısı fürsətdir.
 
Biz öz dünyəvi həyatımızı abadlaşdırmaq, daha yaxşı vəziyyətə gətirmək üçün əlimizdən gəldiyi qədər çalışmalıyıq, buna əsla şübhə yoxdur, lakin qəlbimizi də abadlaşdırmağa, onu da daha yaxşı vəziyyətə salmağa səy göstərməliyik; qəlbimizi abadlaşdırmalıyıq. Yalnız abad vəziyyətdə olan bir qəlblə yaxşı dünya qurmaq olar; qəlb abad olmazsa, qəlb çirkin, qara və günahkar olarsa, ola bilsin ki, insan texnologiyanı bu gün olduğu səviyyədə, hətta ondan da yuxarı səviyyədə inkişaf etdirsin, amma dünya şirin, ürəkaçan bir dünya olmayacaq. Bu gün dünya acılarla, ədalətsizliklə dolu bir dünyadır. Dünya o zaman şirin və ürəkaçan olar ki, qərar qəbul edənlərin, addım atanların, hərəkət edənlərin və əgər alınarsa, ümimilikdə, bütün insanların qəlbi abadlaşa, aydınlana. Şəban ayına diqqətsiz yanaşmayın.
 
(Ali Rəhbərin Əmək və Zəhmətkeşlər günü münasibətilə ölkənin fəhlə ictimaiyyəti ilə görüşü zamanı etdiyi çıxış – 30/Apr/2018.)
 
Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru