Səudiyyə rejimi Yəməndə 3500-dən çox təhsil müəssisəsinə zərər vurub 06 Aprel 2020 16:13 Yəmən Yəmən Təhsil Nazirliyinin sözçüsü, Səudiyyə rejiminin təcavüzkar koalisiyasının Yəmənə hücumu nəticəsində 3500-dən çox təhsil müəssisəsinin zərər çəkdiyini söyləyib. Məlumata əsasən, Abdulla Əl-Naami, Səudiyyə rejiminin koalisiyasının qüvvələri müəllim və məktəblilərə qəsdən hücum etdiklərini söyləyib. Maide.Az "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, Əl-Naami, Yəməndəki təhsil sektoruna dəyən ziyanlara işarə edərək, Yəməndə təcavüzkar koalisiyanın bombalanması nəticəsində 3526 təhsil müəssisəsinin zərər gördüyünü, bunların 402 müəssisənin tamamilə dağıldığını, 1465 müəssisənin qismən dağıldığını, 666 müəssisənin bağlandığını və 993 təhsil müəssisəsinin hazırda qaçqınların yerləşməsi üçün istifadə edildiyini söyləyib. Onun sözlərinə görə, ən çox Taiz, Səad, Həcc və Sana əyalətləri zərər görüb. Yəmən Təhsil Nazirliyinin nümayəndəsi qeyd edib ki, son 5 ildə 5 milyondan çox yəmənli uşaq, Səudiyyə rejiminin koalisiyasının hücumları nəticəsində təhsili mövzusunda və psixi baxımından zərər çəkib. Onun qeyd etdiyi kimi, təcavüzkarlar, dərsliklərin hazırlanması üçün ölkəyə kağızın belə gətirilməsinin qarşısını alıb. Teqlər : #Səudiyyə,#rejimi,#Yəməndə,#3500dən,#çox,#təhsil,#müəssisəsinə,#zərər,#vurub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə koalisiyası 24 saat ərzində Yəmənə 19 dəfə hücum edib Yəmən Ordusu strateji bölgəni Səudiyyə koalisiyasından azad edib
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'