Ayətullah Xamenei: ‘Mən nəfəs ala bilmirəm’ şüarı ABŞ-ın zülmünə məruz qalmış bütün xalqların ürək sözüdür 03 İyun 2020 11:57 İslam lideri Ali Rəhbər Ayətullah Xamenei Corc Floydun polis tərəfindən öldürülməsinə münasibət bildirib. Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Xamenei İmam Xomeyninin vəfatının ildönümü münasibətilə çıxışı zamanı bildirib ki, ABŞ-dakı bu günki durum yeni bir şey deyil, indiyə kimi gizlətdikləri həqiqətlərin aşkarlanmasıdır. “Amerikalı bir polisin ayağını qaradərili bir insanın boynuna sıxması və onu öldürməsi yeni bir şey deyil. ABŞ indiyə kimi bütün dünya xalqlarına qarşı bu işi görürdü. “Mən nəfəs ala bilmirəm” şüarı ABŞ-ın zülmünə məruz qalan bütün xalqların ürək sözüdür”. Allahın lütfü ilə ABŞ dünyada rüsvay olub deyən Ali Rəhbər bildirib ki, ABŞ-da koronavirusla bağlı zəif idarəetmə bu ölkədə yoluxma və ölüm sayının digər ölkələrdən daha çox olmasına səbəb oldu. "Xalqı öldürürlər və üzr istəmirlər, hələ insan haqları ilə bağlı da dil uzadırlar. Orada öldürülən qaradərili zahirdə insan deyildi! Amerika xalqı başıaşağılıq və xəcalət hissi yaşayır. Bu gün Amerika xalqı utanır. Ölkə daxilində olanlar və xaricdəki bəzi iranlılar, ABŞ-ı qorumaq və zinətləndirmək üçün iş gördülər, artıq bu vəziyyətdə başlarını qaldıra bilmirlər". Teqlər : #Ayətullah,#Xamenei:,#‘Mən,#nəfəs,#ala,#bilmirəm’,#şüarı,#ABŞın,#zülmünə,#məruz,#qalmış,#bütün,#xalqların,#ürək,#sözüdür, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei: İmamın bu gün üçün olan dərsi dəyişikliyin davamlılığıdır - Yenilənib Mələkuti qayıdış - İmam Xomeyninin (rə) vəfat anı (VİDEO)
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB