Əfqanıstanda ‘Taliban’ın hücumu nəticəsində yeddi hərbçi həlak olub

Əfqanıstanda ‘Taliban’ın hücumu nəticəsində yeddi hərbçi həlak olub

Əfqanıstanın şimal-şərqində yerləşən Qunduz əyalətində “Taliban” hərəkatının hücumu nəticəsində hökumət qüvvələrinin yeddi hərbçisi həlak olub, biri isə yaralanıb.
 
Silahlılar əyalətin şimalında Əfqanıstan ordusunun İmam Sahib dairəsindəki nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Toqquşma nəticəsində taliblərin də itkilər verdiyi bildirilir.
 
Qeyd edək ki, Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq, “Taliban” slahlıları ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Saziş 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur. /Tolo News 
 

Google+ WhatsApp ok.ru